"Junior World Cup"da uğurlu çıxış

    "Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilən "Junior World Cup"da uğurlu çıxış edib və futbolçularımız beynəlxalq turnirində çempion olublar.

“Sabah” turnirin qrup mərhələsində Suriyanın "El Nuhbe" (2:2) və Türkiyənin "Kepezaltı" (2:2) komandası ilə heç-heçə edib, yerli "Ortacı Esnaf" komandasına qalib gəlib (4:2). U-14 komandamız 1/4 finalda Türkiyənin "Antalya" komandasına böyük hesabla qalib gələrək (3:0) yarımfinala yüksəlib. Bu mərhələdə "Kepezaltı"nı 2:1 hesabıyla üstələyən təmsilçimiz finala vəsiqə qazanıb. Həlledici matçda

"Antalyaspor"la qarşılaşan "Sabah" 0:0 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında qalib gələrək çempion olub. Bu çempionatda "Sabah" komandasında 8b sinif şagirdimiz Əbilov Ruslan da iştirak etmişdir. Məktəb kollektivinə bəxş etdiyi sevincə görə Ruslana təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi