Günəş sistemi və onun planetləri maketi
Coğrafiya müəllimi İskəndərli Aytac 6c sinfində şagirdləri ilə “Yerin kosmik ünvanı” mövzusunda Günəş sisteminin modelini düzəltdilər. Dərsdə şagirdlər qalaktikamızdakı planetlər və tanınmış kosmonavtlar haqqında ətraflı məlumat aldılar. Sonda mövzu ilə bağlı ümumi müzakirə aparıldı və nəticə çıxarıldı. Şagirdlər həyata keçirdikləri fəaliyyətdən və dərsdən çox razı qaldılar.