Yetkinlik yaşına çatmayanların hüquqları

Məktəbin coğrafiya müəllimi Zamanlı Təhminə 8a sinfində Xəzər universitetinin Humanitar və sosial elmlər fakültəsinin Hüququn əsasları ixtisası üzrə müəllim olan Məmmədova Leyla xanımı təşkilatçılığı ilə həyat bilgisi dərsində "Yetkinlik yaşına çatmayanların” işləri və hüquqlarının müdafiəsi haqqında maraqlı dərs təşkil etdi. Dərsin məqsədi yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili, baxımsızlığının və hüquq pozuntularının profilaktikası ilə əlaqədar yaranan ictimai münasibətlərin tənzimlənməsi, bu sahədə dövlət orqanlarının, müəssisələrin və təşkilatların hüquq və vəzifələrini nədən ibarət olmasını öyrənməkdən ibarət idi. Bu cür dərslərin təşkili uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması, onların təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.