Bizim qəhrəmanlar

Məktəbin rus dili və ədəbiyyat fənn müəllimləri Günel Sülüymanova, Hüseynova Cəmilə və riyaziyyat müəlimi Ləman Qaytaranovanın təşkilatçılığı ilə 9 May - faşizm üzərində Qələbə Günü ilə əlaqədar "Bizim qəhrəmanlar" adlı tədbir keçirildi. Tədbirlərin əsas məqsədi gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqətin daha da artırılması, 1941-1945-ci il Böyük Vətən Müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunması, istedadlı gənclərin üzə çıxarılmasından ibarət idi. Tədbirdə məktəbin dərnək üzvlərinin ifasında şeir, rəqs və videoçarxlar hazırlandı və təqdim edildi.