Əziz Şuşa, Sən Azadsan

Azərbaycan Dillər Universitetinin məktəbdə təcrübədə olan (417B və 418A) tələbələri - Aysu Eminli, Səyalı Vəliyeva, Mənzər Cəfərzadə, Ziba Mirzəli, Vüsalə Hüseynova, Günay Abbaslı və Filologiya fakültəsinin nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi Nigar Həmidovanın rəhbərliyi ilə "Əziz Şuşa, Sən Azadsan" adlı tədbir keçirdilər.
Tədbirin keçilməsində məqsədin Şəhidlərimizin əbədi xatirəsini yad etmək, məktəbli şagirdlərə Vətənpərvərlik duyğularını aşılamaq idi.
Tədbirdə məktəbin direktoru Firəngiz xanım Həmidova, təlim-tərbiyə üzrə direktor müavini Gülşən Allahverdiyeva, sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Gülnarə Zeynalabdinova, ADU-nun Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının metodisti Nigar Həmidova ,təcrübəçi tələbələr, şagirdlər və digər müəllimlər iştirak ediblər.
Sonda məktəbin direktoru Firəngiz xanım Həmidova tədbirlə bağlı fikirlərini bildirdi və tədbirin təşkilində fərqlənən şagirdlərə sertifikatlar təqdim olundu.