Füzuli işığı

 

    Məktəbimizdə Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının icrası ilə əlaqədar "Məktəblərdə Məhəmməd Füzuli ayı" layihəsinə aid işlər silsiləli şəkildə davam etdirilir. Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş “Füzuli sehri-Füzuli işığı” adlı ədəbi-bədii kompozisiya keçirildi. Ədəbi-bədii kompozisiyanın iştirakçıları qonaqlara, məktəb kollektivinə Füzuli yaradıcılığı, zəngin irsi ilə bağlı xoş dəqiqələr. gözəl anlar bəxş etdilər. Tədbirin aparıcıları qonaqları və məktəbin müəllim və şagird kollektivini salamladıqdan sonra bildirdilər ki, bu gün hamımız bir müdrik qocanın isti nəfəsinə, “Füzuli işığına” yığışmışıq.

    Ədəbi-bədii kompozisiyada Məhəmməd Füzulinin qəzəllərindən tar və kaman sədaları altında (ifaçılar Mirzağa və Sərurxan Xudadatovlar qardaşları) nümunələr söylənildi. 9ç sinif şagirdi Rüstəmzadə İbrahimin ifasında “Məni candan usandırdı ....” qəzəli, 6ç sinif şagirdi Nəcəfzadə Əzizənin ifasında “Söz”, 5ç sinif şagirdi Əlizadə Ayanın ifasında  “Mənə” rədifli qəzəlləri tamaçaşılar tərəfindən maraqla qarşılandı.

     Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindən “Anasının Leyliyə nəsihəti” və “Leylinin anasına cavabı” hissəsini məktəbin 10c sinif şagirdi Rzayeva Aysu (Ana) və 9d sinif şagirdi Rzayeva Aysel (Leyli) təqdim etdilər. 5c sinif şagirdlərinin  “Meyvələrin söhbəti” əsərindən səhnəcik xüsusi maraqla qarşılandı.

    Üzeyir Hacıbəyovun “Şəbi–Hicran” uvertürası məktəbin xor kollektivinin ifasında xüsusi yer tutdu. Tədbirin sonunda məktəbin direktoru danışaraq kompozisiyanın təşkilatçılarına-Azərbaycan dili və ədəbiyyat müəllimlərinə təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi