Hər gün Yer kürəsi

    20 mart -Yer Kürəsi Günüdür. Martın 20-nin 1971-ci ildə BMT tərəfindən Yer Günü seçilməsi yaz gecə-gündüz bərabərliyi günündə planetin bioloji ritminin dəyişməsi, təbiətin oyanıb özünü yenilədiyi zaman öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə əlaqədardır. BMT-nin müraciətində deyilir: “Yer Günü bütün insanların diqqətini Yer planetini onların ümumi evi kimi dərk etməyə, bütün yer üzünün birliyini və bir-birimizdən qarşılıqlı asılılığı hiss etməyə yönəltmək məqsədi daşıyan xüsusi gündür”.

     Bunula bağlı 22 aprel 2024-cü il tarixində məktəbimizin ingilis dili müəllimlərinin təşkilatçılığı ilə "Hər gün Yer kürəsi" adlı fləşmob təşkil edildi. Fləşmobun keçirilməsində əsas məqsəd dünyamızı, Yer kürəmizi, öz yurd-yuvamızı qorumağın nə qədər vacib əhəmiyyət kəsb etdiyini məktəblilərə aşılamaqdan ibarət idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi