“Mənim ana dilim, mübariz dilim” adlı ədəbi-bədii kompozisiya keçirildi

21 fevral 2017-ci il tarixində məktəbdə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Mənim ana dilim, mübariz dilim” adlı ədəbi-bədii kompozisiya keçirildi. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra şagirdlərin ifasında Azərbaycan klasiiklərinin və dahi şəxsiyyətlərin ana dili haqqında fikirləri, şeirlər, səhnəciklər, ulu öndər Heydər Əliyevin doğma dilimiz haqqında söylədiyi fikirlər əks olunan video-çarx maraqla qarşılandı. Tədbirin sonunda çıxış edən məktəbin direktoru Firəngzi Həmidova qeyd etdi ki, çox dil bilmək insanın başıucalığıdır, amma ana dilini bilmək hər kəsin ümdə vəzifəsidir, borcudur. O, ana dilimizin qorunmasında və inkişaf etməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdı, ana dilimizi sevmək və sevdirmək barədə dahi şəxsiyyətlərin fikirlərinə əməl olunması istiqamətində tövsiyələrini verərək tədbiri yekunlaşdırdı.