Elimin gözəl Novruzu

    Məktəbin ibtidai sinif müəllimi Məmmədova Samirə və Azərbaycan dili və ədəbiyyat müəllimi Şahbazova Gülər "Dəyərlərimizi qoruyaq!" layihəsinin icrası ilə bağlı Tədbirlər Planına uyğun olaraq 2a sinifində  Novruz bayramına həsr olunmuş "Elimin gözəl Novruzu" adlı sinifdaxili tədbir keçirdilər.Tədbir zamanı şagirdlər Novruz bayramının adətlərini özündə əks etdirən çıxışlar etdilər və bir-birindən maraqlı oyunları tədbirə əlavə rəng qatdı. Layihənin keçirilməsində məqsəd milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi, təhsilalanların bu dəyərlərə məhəbbət ruhunda tərbiyə edilməsi, türk xalqlarının qədim tarixinin hərtərəfli öyrənilməsi, şagirdlərdə yaradıcı düşüncə meyillərinin gücləndirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi