5 Mart Bədən Tərbiyəsi və İdman Günü

    Məktəbdə 5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 5-ci siniflər arasında "Şən Startlar" adlı idman-konsert tədbiri keçirildi. Tədbiri idman müəllimi Abdullayeva Ləman müəllimə təşkil etdi. "İdman həftəsi" layihəsi çərçivəsində idman oyun növləri üzrə təkər dartma, tenis topunun taxtada aparılması, kisə oyunu, topun səbətə atılması oyunları keçirildi. Təhsil Nazirliyi təhsilalanların sağlamlıqlarının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində davamlı və məqsədyönlü işlərin aparılması, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə təşkil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi