Günəş sistemi

    Məktəbin coğrafiya müəllimi İsgəndərli Aytac 6d sinif şagirdləri ilə "Günəş sistemi" mövzusunda maraqlı dərs təşkil etdi.  Şagirdlər əvvəlcə kainatın yaranması haqqında fərziyyələr, bizim qalaktika, planetlər və Günəş haqqında geniş məlumat əldə etdilər. Daha sonra əldə etdikləri məlumatlardan istifadə edərək Günəş sisteminin modelini yaratdılar. Modeldə Günəş və planetlər müvafiq ardıcıllıqla yerləşdirilmişdir. Hər bir planetin orbit xəttini çəkdilər. Eyni zamanda ulduzlar, meteorit, asteroid və Yerin təbii peyki olan Ay marketdə yerləşdirilmişdir. Hazırladıqları maketləri təqdim etdilər. Şagirdlər öyrəndikləri yeni məlumatlardan çox məmnun oldular və dərs onlar üçün çox maraqlı oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi