Ümumdünya Mülki Müdafiə Günü

    1 mart 2024-cüi il tarixində məktəbdə "1 mart Ümumdünya Mülki müdafiə günü" qeyd edildi. Məktəb üzrə Mülki Müdafiə qərargah rəisi tərəfindən uşaqların əl işlərindən ibarət sərgi sərgi təşkil olundu. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, məktəblilərə baş verə biləcək təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə olunmanı öyrətməkdən ibarət idi. Məktəbdə mülki müdafiə qrupları tərəfindən şagirdlərin iştirakı ilə təlim də keçirildi. Şagirdlər ilkin yardım və təxliyə zamanı bacarıqlarını nümayiş etdirdilər.

    Tədbirdə şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verilidi. Ətrafdakı radiasiyanın müəyyən olunması, əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi.

    Siniflərdə mülki müdafiəyə həsr olunmuş “Açıq dərs”lər təşkil olundu. Dərslər zamanı fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilidi. Eləcə də şagirdlərin fövqəladə hallarla bağlı bilikləri yoxlanıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi