Fotosintez coğrafi izahı

    Coğrafiya müəllimi İskəndərli Aytac 6d sinfində "Fotosintez coğrafi izahı" mövzuda dəyirmi masa təşkil etdi. Fəaliyyət prossesində sinif qruplara bölündü. Hər qrupa xüsusi suallar verildi və qrup üzvləri sualları cavablandırdı. Bir qrup "Fotosintez prosesinin əhəmiyyəti nədir?", digər qrup isə "Fotosintez prosesi olmasaydı, təbiətdə hansı dəyişikliklər olardı?" suallarını cavablandırdı. Fəaliyyətin qeyd edilməsi üçün verilmiş vərəq qrup daxilində bir nəfərdən digərinə ötürüldü və şagirdlər sıra ilə öz fikirlərini yazdılar. Hər bir qrup işini bitirdikdən sonra fəaliyyətlərini təqdim etdilər. Sonda mövzu ilə bağlı ümumi müzakirə aparıldı və nəticə çıxarıldı. Şagirdlər həyata keçirdikləri fəaliyyətdən və dərsdən çox razı qaldılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi