Sınaqlardan çıxmış müqəddəs dilim

    21 fevral 2024-cü il tarixində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Sınaqlardan çıxmış müqəddəs dilim” adlı ədəbi-bədii kompozisiya keçirildi. Kompozisiya şagirdlərin ana dili haqqında söylədiyi şerlər, 10-cu sinif şagirdlərinin iştirakı ilə İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” və Səməd Vurğunun “Vaqif” əsəri əsasında hazırlanmış səhnəciklər, məktəbin xor kollektivinin ifasında Emin Sabitoğlunun “Şirin dil” və məktəbin şagirdləri Aslan Əliyevin və Nuru Manaflı tərəfindən ifa olunan mahnılarla yadda qaldı. Tədbirin sonunda məktəbin direktoru F. İ. Həmidova, Təlim-tərbiyə işləri üzrə direktor müavini G. Allahverdiyeva hamını “Ana Dili Günü” münasibətilə təbrik edib, öz arzularını və tövsiyələrini çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi