Fövqəladə hallar uşaqların gözü ilə

    Dekabrın 28-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.

    Tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev, həmçinin Fövqəladə Hallar, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin məsul şəxsləri, müsabiqə qalibləri və digər qonaqlar iştirak ediblər. qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Qeyd edək ki, müsabiqənin yekununda 46 nəfər birinci, 53 nəfər ikinci, 99 nəfər üçüncü yerə, 93 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

    4b sinif şagirdimiz Kazımova Mərziyyə "Əl işi" nominasiyası üzrə 1-ci yerə layiq görülüb. Məktəbin rəhbərliyi və kollektivi adından Mərziyyəni təbrik edirik, daha da böyük uğurlar arzulayırıq. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi