Pedoqoji Şuranın növbəti iclası

    1 fevral 2024-cü il tarixində Pedoqoji şura keçirildi.Məktəbin direktoru F.İ.Həmidova iclasda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun ümumtəhsil müəssisələrinə ünvanladığı təlimat məktubunu kollektivin nəzərinə çatdıraraq, təhlükəsizlik qaydalarının, sağlam mənəvi-psixoloji mühitin qorunub-saxlanılmasının vacibliyini vurğuladı. Təhsil müəssisələrində təhlükəsizliklə bağlı  təlimatların pozulması barədə olan problemlərdən və bu problemlərin qarşısının alınması barədə tədbirlər barədə çıxış etdi.

    Müəllimlərin etik davranış qaydalarına riayət etmələrinin vacibliyindən, şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı nəzarətin sinif rəhbərləri və növbətçi müəllimlər tərəfindən güncləndirilməsi barədə çıxış etdilər. Şagirdlərin təhlükəsizliyinin təminatı üçün sinif rəhbərlərinin rolunun gücləndirilməsinin zəruriliyini qeyd etdilər.

    Lazımlı tapşırıqlar verildi.Bütün müəllimlər  təlimatlandırıldı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi