Qan yaddaşı

    Bu gün Ümumxalq Hüzn Günüdür.

    20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayət və unudulmaz tarixdir.

    20 Yanvar faciəsi günü canını qurban verən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik!

    1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakıya daxil olanda iş başında olan İlqarın növbəsinin bitməyinə lap az qalmışdı. Gecə 12 radələrində yaralanan İlqar Əbilhəsənov xəstəxanada vəfat edib. Oxuduğu Bakı şəhər Nəsimi rayon 42 saylı orta məktəb bu gün onun adını daşıyır.

    19.01.2024-cü il tarixində 1c,7c, 8c və 8d sinif şagirdləri 20 Yavar hadisələrinə həsr olunmuş “Qan yaddaşı” adlı tədbir düzənlədilər. Şagirlər ibtidai sinif müəllimi Leyla Səlimovanın, tarix müəllimi Aynurə Əlyevanın, Azərbaycan dili müəllimi Arzu Süleymanovanın, musiqi müəllimi Ədibə Kəngərlinin dəstəyi ilə çox təsirli kompozisiya tədim etdilər. Tədbirdə 20 Yanvar hadisələrinin tarixi ilə bağlı məlumatlar ”Şəhidlər poemasından parçalar“,”Qələbə müjdəsi ”seri və mahnılar yer aldı. Tədbirin sonunda məktəbin hərbi hazırlıq müəllimi Novruz İsmiyev şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində çıxış etdi və öz tövsiyələrini bildirdi. Belə tədbirlər şagirdlərdə vətənpərvərlik ruhunun aşılanması, doğma yurda bağlılıq, düşmənə qarşı qətiyyət hissləri formalaşdırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi