Miniatür kitab muzeyi

Məktəbin 7c sinif şagirdləri "Miniatür kitab muzeyi" layihəsini reallaşdırıblar. Bədii ədəbiyyata xüsusi marağı olan yeddincilər fənn müəllimləri Arzu Süleymanovanın dəstəyi ilə öz sevdikləri kitabların miniatür formasını düzəldib sinif kitabxanası yaradıblar.Miniatür kitabxanada M.Rauf və Ş.Fidan "Balaca şahzadə" kitabını, Z.Xədicə və S. Ayan "Polyanna", V.Yusif "Kitabi-Dədə Qorqud", M.Ağakişi və Q.Yusif "Qorxulu nağıllar " və s. kitabları öz sinif yoldaşlarının istifadəsinə veriblər.Miniatür kitablar görənlər tərəfindən maraqla qarşılanıb.