Coğrafiya günləri

Məktəbdə “Coğrafiya günləri” çərçivəsində coğrafiya müəllimləri nümunəvi dərslər təşkil etdilər. Məmmədova Rəna 8d sinfində “Xəritələrdə təsvir üsulları”, Zamanlı Təhminə 7b sinifində “Miqyas”, Əfəndiyeva Təranə 9a sinfində “Azərbaycanın relyefi və tektonik qurluşu”, Mehdiyeva Züleyxa 7c sinfində “Ümumiləşdirici mövzular”, İskəndərli Aytac 6c sinfində “Müxtəlif xalqlar, irqlər, dinlər” mövzularında açıq dərslər keçirdilər. Dərslərdə şagirdlər çox fəal iştirak etdilər. Təcrübəli və nümunəvi müəllimlər öz peşəkarlıqlarını dərslərində bir daha nümayiş etdirdilər. Dərslər şagirdlər və dərsləri dinləyən müəllimlərin çox xoşuna gəldi və rəğbətlə qarşılandı.