Zəfəri bizlərə bəxş edən qəhrəman

    27 sentyabr- Anım Günü ilə əlaqədar  məktəbin 7c sinif şagirdləri sinif rəhbəri və valideynlərlə birlikdə Zəfəri bizə yaşadan şəhidlərimizdən biri Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyevin ailəsini ziyarət etdilər. Şagirdlər şəhidin evində onun üçün yaradılmış guşə ilə tanış oldular. Şəhidin ailəsi şagirdlərə şəhidin qəhrəmanlıq yolu barədə məlumat verdi. Həmçinin, tarix müəllimi Əliyeva Aynurə şagirdlərlə vətənpərvərlik haqqında söhbət apararaq şəhidlərin əldə etdiyimiz zəfər tarixindəki rolundan bəhs etdi.  Qeyd edildi ki, 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandanın qətiyyətli mövqeyi, xalqımızın birliyi, əsgərlərimizin qəhrəmanlığı bizlərə qələbə sevincini yaşatdı. Ən uca və müqəddəs zirvəni - şəhidlik zirvəsini fəth edən qəhrəmanlarımızın xatirəsini yad etmək hər bir azərbaycanlının müqəddəs borcudur. Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu döyüş meydanında əsl qəhrəmanlıq göstərərək bütün dünyaya sübut etdilər ki, Qarabağ Azərbaycandır! Zəfəri bizlərə bəxş edən qəhrəmanların həyat yolu gənc nəsil üçün bir məşəldir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi