Anım günü

    27 sentyabr - Anım Günü ilə bağlı tədbirlər planına əsasən, məktəbimizdə bu günə həsr olunan dərslər keçirildi. Məktəbin tarix müəllimi Hüseynova Gülçin 9c sinfində və azərbaycan dili müəllimi Yaqubova Günel müəllimə 9ç sinfində dərslər təşkil etdilər. Anım günü ilə bağlı təşkil olunan dərslərdə Vətən müharibəsi Şəhidlərinin xatirəsi ehtiramla yad edildi, məktəblilərə müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsindəki qəhrəmanlıq dastanı, tarixi Qarabağ Zəfəri və Şəhidlik zirvəsinə ucalan Vətənin igid övladları haqqında məlumat verildi. Qeyd olundu ki, gənc və gələcək nəsillər hər daim Şəhidlərimizin əziz xatirəsini, qəhrəmanlığını, fədakarlığını və Vətən üçün xidmətlərini xatırlamalı, onlardan nümunə götürməli və Vətənin keşiyində mərdliklə durmalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi