Uğurlu şagirdimiz

    Məktəbin 10d sinf şagirdi Məmmədli Tunar bu il yay ərzində keçirilən bir sıra beynəlxalq tədbirlərdə iştirak etmiş və uğur qazanmışdır. Avqustun 19–u Azərbaycan-Fransız universitetində Google şirkətinin “Google I/O Extended 2023 Baku” – adlı konfransı keçirilmişdir. Konfransda Tunar qabaqcıl texnologiyalar haqqında nümayiş etdirdiyi bilikləri və fikirləri ilə yadda qalan çıxış edərək uğur qazanmışdır. 

   Türkiyənin nüfuzlu startap akseleratoru “Viveka” və “Pasha Holding” şirkətlər qrupunun sponsorluğu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təsis edilmiş “Viveka Company Creation Program” layihəsinə müraciət edərək qəbul olunmuşdur. Azərbaycan-Fransız universitetində təşkil edilən sessiyalarda uğurla iştirak etmişdir.

    Nəhayət üçüncü uğuru “New York Elmlər Akademiyasının  Junior Academy” proqramına müraciət etmiş və uğurla çıxış edərək Akademiyaya qəbul olunmuşdur. İndiyə qədər Azərbaycandan bu akademiyaya qəbul olan iki nəfər var idi. Şagirdimiz Tunarın da bu akademiyaya qəbulu məktəbimiz üçün böyük uğurdur. Məktəbin rəhbərliyi və kollektivi adından Tunarı təbrik edərək həmişə böyük uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi