20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar anım mərasimi keçirildi

17-19 yanvar tarixlərində məktəbimizdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım mərasimi, açıq dərslər keçirildi. “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda açıq dərslər 17 yanvar tarixində KİV nümayəndələrinin iştirakı ilə 6c sinfində məktəbimizin tarix müəllimi G.Hüseynova və 10ç sinfində məktəbin hərbi rəhbəri N. İsmayılov tərəfindən keçirildi. 19 Yanvar tarixində ilk dərslər 20 Yanvara həsr edildi. Sonra “Azərbaycan tarixinə qanlı hərflərlə yazılan 20 Yanvar faciəsinin 27-ci ildönümüdür” adlı anım mərasimi keçirildi. Məktəbimizin tarix müəllimi G. Hüseynova tarix boyu xalqımızın başına gətirilən müsibətlərdən danışaraq azadlıq uğrunda canlarını fəda edən şəhidlərin qəhrəmanlıqlarından söz açdı, əsas tarixi faktları qeyd etdi. Məktəbin direktoru F. İ. Həmidova çıxışında bildirdi ki, məktəbimiz 20 Yanvar şəhidlərindən biri olan məktəbimizin məzunu İlqar Əbilhəsənovun adını daşıyır. Həmin gün məktəbimizin 8-ci sinif şagirdi Nəriman Hüseynov da 20 Yanvar qurbanlarından olub. Onların xatirəsi daim bizim qəlbimizdə yaşayacaq, heç zaman unudulmayacaqdır. Mərasimdən sonra şagirdlər İlqar Əbilhsənovun büstünün qarşısına qırmızı qərənfillər düzdülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi