1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü

     İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. İnsanlığın xoşbəxtliyi, dünyamızın gözəlləşməsi üçün dünyanın harasında olmağımızdan asılı olmayaraq uşaqlarımızın xoşbəxt və sağlıqlı olması diləyi ilə bütün uşaqların bayramını təbrik edirik. Xoşbəxt, sevincli, uğurlu bir həyat yolu arzu edirik.Bu gün sizin gününüzdür əziz balacalar. Uşaqlar gününüz mübarək olsun!"1 iyun Ümumdünya Uşaqların Müdafiəsi Günündə bütün uşaqlara təhlükəsiz, xoşbəxt və sağlam uşaqlıq arzulayırıq. Onların hüquqlarına hörmət edək və qoruyaq"."Sevgi, şəfqət və hörmətlə böyüyən uşaqlar güclü gələcəyin təminatıdır. Gəlin 1 iyunda bütün uşaqların qayğısına qalmağı və hüquqlarını qorumağı unutmayaq"."Hər bir uşaq dünyanın bir hədiyyəsidir və sevgi ilə böyüməyə layiqdir. İyunun 1-də uşaqların hüquqlarına hörmət edək və onları qorumaq üçün əl-ələ verək".

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi