Müstəqilliyimiz əbədi olsun!

    Yüz bes il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu.Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cumhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaş, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. 
  Od ürəkli, od nəfəsli vətənim! Tarixboyu zəfərlərə imza atmısan, savaşlardan alnıaçıq çıxaraq ulu, yenilməz dövlət adını qazanmısan. Hər qarış torpağında bir igidin nəfəsi duyulan şanlı bir dövlətsən, Azərbaycan! Adınla fəxr edirik Azərbaycan! Uğuruna canımızı fəda edirik, Azərbaycan! Sən əbədisən, Azərbaycan! Sən əzəlisən, Azərbaycan! 

    Fləşmob tarix müəllimi Əliyeva Aynurə, Azərbaycan dili və Ədəbiyyat müəllimi Əzizova Şəbnəm və şagirdlərinin təşkilatçılığı və iştirakı ilə təşkil olundu. Bununla da Azərbaycanın ən önəmli bayramına öz töhfələrini belə verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi