Rus dili olimpiadası

    Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Родной язык – зеркало души” adı altında Bakı şəhəri məktəbləri arasında təşkil edilmiş  rus dili olimpiadasının ikinci turu məktəbdə keçirildi. Tədbirin əvvəlində məktəbin direktoru Firəngiz Həmidova tədbirin qonaqlarını və iştirakçı şagirdləri salamladı və onlara uğurlar arzuladı. Olimpiadanın təşkilaçtıları, Rusiya Federasiyasının “Rossatrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri - İrek Zinnurov Haydar oğlu və Rus icmasının Azərbaycandakı rusdilli təhsil idarələrinin sədri  Yakunina Lyubov Timofeyevna idi.

            Tədbirdə tarix müəllimi Daşdəmirli Gülnarə Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş məruzə ilə çıxış etdi. Olimpiadada digər məktəblərin şagirdləri ilə yanaşı məktəbin 9a sinif şagirdi Mehtiyeva Leyli və müəllimi – Hüseynova Cəmilə , 10a sinif şagirdi İbrahimova Fatimə və müəllimi Süleymanova Günel iştirak etdilər. İştirakçılara sertifikatlar təqdim olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi