«Книги и писатели-юбиляры 2016 года» adlı tədbir keçirildi

Dekabrın 23-də məktəbimizdə «Книги и писатели-юбиляры 2016 года» mövzusunda ədəbi-bədii gecə keçirildi. Tədbirdə məktəbin direktoru, fənn müəllimləri, şagirdlər və qonaqlar iştirak etdilər. Tədbirin giriş hissəsində Azərbaycan Respublikasının himni səsləndirildi. Sonra 8ç sinif şagirdi Ə. Lalənin ifasında M. Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında gözəl rəqs təqdim olundu. Sonra A. Tolstoyun “Qızıl açar və yaxud Buratinonun sərgüzəştləri” əsərindən kiçik səhnəcik təqdim olundu. 4a sinif şagirdi Ağazadə Əsmər tərəfindən K.İ. Çukovskinin “Telefon” şeiri söylənildi. 6d sinif şagirdləri tərəfindən N Gəncəvinin “Sirlər xəzinəsi” poemasından “Nuşirəvan və bayquşların” söhbəti və “Leyli və Məcnun” poemasından səhnəciklər təqdim olundu.9-cu sinif şagirdləri tərəfindən Anna Axmatovanın lirikasından şeirlər söylənildi və D. İ. Fonvuzun «Недоросль» (“Gənc cahil”) əsərindən səhnəcik təqdim edildi. Tədbir xorun çıxışı ilə sona yetdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi