Ana dilimizin saflığını qoruyaq

Dil millətin milli sərvətidir. Hər millət öz dilini qorumalı və gələcək nəsillərə ötürməlidir. Hər il 21 Fevral Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Məktəbdə bu əlamətdar gün münasibətilə 8c sinfində müəllim Gülər Şahbazova “Ana dilimizin saflığını qoruyaq”adlı tədbir, 9ç sinfində müəllim Elmira Mehrəliyeva “Mənim Vaqif dilim, Səməd Vurğun dilim” və 6c sinfində müəllim Arzu Süleymanova “Ana dilim, şirin dilim” adlı maarifləndirici dərslər təşkil etdilər. Şagirdlər dil mövzusunda şerlər ifa etdilər və ədiblərimizin əsərləri əsasında hazırlanmış səhnəciklər təqdim etdilər.