Narkomaniyaya yox deyək

Nəsimi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 42 sayli tam orta məktəbdə "Narkomaniyaya yox deyək" mövzusunda geniş maarifləndirici tədbir keçirildi. Tədbirin əsas məqsədi 8-11-ci siniflər arasında geniş maarifləndirmə işlərinin aparılmasıdır. Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqa zidd əməllərdən qorunma yollarından profilaktik söhbətlər edildi, diskussiyalar aparıldı.
Tədbirdə həmçinin narkomaniya ilə bağlı təbliğat xarakterli “Narkomaniya-bəşəriyyətin bəlası” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.