12 dekabr 2016-cı il tarixində məktəbimizdə sinif rəhbərlərinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar "Sən elə bir zirvəsən" adlı anım tədbiri keçirildi. Tədbirdə Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı, azərbaycançılıq ideyaları uğrunda mübarizəsindən məlumat verildikdən sonra şagirdlərin ifasında Ulu Öndərin xatirəsinə həsr olunmuş şeirlər və mahnılar dinlənildi. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar nümayiş olundu.