Həyat bilgisi dərsimiz

Məktəbdə 4c sinfinin rəhbəri Səlimova Leyla və ingilis dili müəllimi Nurməmmədova Zenfira Həyat bilgisi fənnindən " Yer təbiətinin müxtəlifliyi" mövzusunda interaktiv dərs təşkil etdilər. Dərs Bakı zooloji parkında keçirildi. Şagirdlər heyvanlarla əyani şəkildə tanış oldular onların yer kürəsində yaşadıqları coğrafi mühit haqqında ətraflı məlumatlar aldılar. Bununla yanaşı Zenfira müəllimə heyvanlar və yaşadıqları ərazilər haqqında ingilis dilində şagirdlərə məlumat verdi. Bu da şagirdlər üçün çox maraqlı və yaddaqalan bir dərs oldu.