İdman Festivalı

OSEP layihəsi çərçivəsində 42 nömrəli tam orta məktəbdə İdman Festivalı adı altında tədbir keçirildi. Tədbir Azərbaycan, Moldova qardaşlığı və idman oyunları mövzusunda təşkil edildi. Tədbiri məktəbin idman müəllimləri idman sahəsində uğurlar qazanmış şagirdlərin iştirakı və təqdimatları təşkil etdilər. Festivalda Milli Olimpiya Komitəsinin əməkdaşı Məmmədov Ruslan bəy və Bakı şəhəri Təhsil idarəsindən Hacıyeva Fatma xanım qonaq qismində iştirak etdilər. Tədbirdə şagirdlər tərəfindən Moldova dövlətinə aid milli musiqi ifa olundu və Moldova milli rəqsi təqdim edildi. Festival qonaqlar, məktəbin rəhbərliyi və şagirdlər tərəfindən çox bəyənildi, yadda qalan oldu.