Bədii qiraət müsabiqəsi

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən Dövlət Bayrağı və Zəfər Gününə həsr olunmuş vətənpərvərlik mövzusunda Bakı məktəbliləri arasında keçirilən bədii qiraət müsabiqəsində məktəbin 8 - ci sinif şagirdləri Əziziov Ruslan Səməd Vurğunun "Azərbaycan" və Rzayeva Aysel Nərmin Muqbilqızının "Qarabağım, Şuşam mənim" şerlərinin ifasına görə fəxri fərmanla təltif olundular. Eləcə də həmin şagirdlərin Azərbaycan dili və Ədəbiyyat müəllimi Yaqubova Günel gənc nəslin estetik tərbiyəsindəki səmərəli xidmətinə görə fəxri fərmanla təltif edildi. Bununla yanaşı məktəbin 7c sinif şagirdi Manaflı Nuru Gənclərin Respublika Bədii Yaradıcılıq Evi tərəfindən təşkil edilmiş ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnəkləri arasında keçirilən 8 noyabr Zəfər Gününə həsr olunmuş "Zəfər dastanı" adlı onlayn respublika şer və mahnı müsabiqəsində mahnı nominasiyası üzrə 7- 14 yaş qrupunda fəal iştirakına görə təltif edilmişdir.