Bayraq Günü

Bayraq Günü münasibəti ilə məktəbimizin müəllimi Günel Yaqubova 7c sinfi ilə dəyirmi masa keçirtdi. Şagirdlər bayrağa hörmət və sevgidən bəhs edən fikirlər söylədilər.
Dəyirmi masada milli suverenliyin simvolu və qürur mənbəyimiz olan bayrağımızın yaranma tarixi barədə şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, ölkəmiz müstəqilliyini elan etdikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən üçrəngli bayrağımızın yenidən dövlət rəmzi olaraq bizə qaytarılıb. Ərazi bütövlüyümüzün, mənəvi, mədəni birliyimizin, vahidliyin, bölünməzliyin simvolu olan müqəddəs bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad edilən qədim yurd yerlərimizdə vüqarla dalğalanır.