Yolumuz Qarabağadır

Noyabrın ikisi məktəbdə "Yolumuz Qarabağadır"adlı tədbir keçirildi. Tədbir ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlandı. Şagirdlərə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü və milli suverenliyin simvolu, qürur mənbəyimiz olan bayrağımızın yaranma tarixi barədə ətraflı məlumat verildi.
Şagirdlər şeir və rəqs töhfələr ilə zəfərin nə qədər qürurlu yol olduğunu xatırlatdılar. Bizə qələbə hissini yaşadan şəhidlərimizi hörmətlə yad etdilər.