“Mən və hüquqlarım” adlı tədbir keçirildi

     Məktəbdə “Mən və hüquqlarım” adlı tədbir keçirildi. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Tədbiri giriş sözü ilə məktəbin Təlim və tərbiyə işləri üzrə direktor müavini Gülnarə Zeynalabdinova açaraq tədbirin əsas məqsədi haqqında məlumat verdi. Sonra məktəbin psixoloqu Yeganə Hacıyeva tədbirin Uşaq hüquqları və Beynəlxalq Uşaq Konvensiyasının müddəaları əsasında təşkil olunduğunu bildirərək kollektivi Konvesiyanın tarixi və müddəaları ilə tanış etdi. Yeganə Hacıyeva bildirdi ki, Konvensiyanın əsas məqsədi uşaqların xoşbəxt böyümələrini, onların sağlam rifahı naminə hüquq və azadlıqlarından istifadələrini təmin etmək, uşaqlar arasında ayrı-seçkiliyə yol verməməkdir. Məktəbin tarix müəllimi Gülçin Hüseynovanın Uşaq hüquqları ilə bağlı hazırladığı videomateriallar iştirakçıların marağına səbəb oldu. Ondan sonra kollektivə şagirdlər tərəfindən hazırlanan ədəbi-kompozisiya təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi