Çörək bol olarsa, basılmaz Vətən

Bu gün 5a sinfində Azərbaycan dili müəllimi Yaqubova Günel maraqlı dərs təşkil etdi. "Çörək bol olarsa, basılmaz Vətən" mövzusu üzrə dərsdə şagirdlər çox böyük fərəh hissi ilə iştirak etdilər. Həvəslə hazırladıqları təqdimatları maraqla oxuyaraq çörəyin bərəkəti barədə məlumat verdilər. Nəinki Azərbaycanımızın milli çörəkləri, hətta dünya xalqlarının çörəkləri barədə topladıqları məlumat təqdirəlayiq hal idi.