Son zəng

İyunun 14-də ölkəmizin ümumi təhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib. Məktəbdə keçirilən “Son zəng” tədbirində müəllim-şagird kollektivi, valideynlər iştirak edib.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Firəngiz Həmidova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb, məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara gələcək həyat və təhsillərində nailiyyətlər arzulayıb. Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.