Vətəni çiçəkləndirmək lazımdır

May ayının 26-da məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Heybətova Aynur 28 May Respublika Gününə həsr olunmuş 5d sinfində açıq havada təşkil etdiyi dərs zamanı şagirdlərə ilk öncə 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən ətraflı məlumat vermişdir. Sonra şagirdlərlə Məmməd Namazın “Vətəni çiçəkləndirmək lazımdır” nəqletmə xarakterli əsərinin oxusu və müzakirəsi təşkil olunmuşdur. Dərs şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlərin deyilməsi ilə yekunlaşmışdır.