“Tariximizin əbədi şahidi” adlı tədbir keçirildi

08.11.2016-cı il tarixdə məktəbdə 9 Noyabr Dövlət Bayrağı Günü ilə əlaqədar “Tariximizin əbədi şahidi” adlı tədbir keçirildi. Tədbirdə şagirdlər dövlət himni, bayraq, vətənə həsr olunan şeirlər, mahnılar təqdim etdilər. Şagirdlər tərəfindən tarixi bayraqlarımız da yada salındı. Sonra məktəbin 8-ci sinif şagirdi Lalə Əhmədova tərəfindən M. Maqomayev ifasında səslənən “Azərbaycan” mahnısının sədaları altında gözəl bir rəqs nümayiş etdirildi. Məktəbin direktoru F. Həmidova çıxış edərək məktəb kollektivini bayram münasibətilə təbrik etdi, tədbirin təşkilatçıları məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülər Şahbazova, ibtidai sinif müəllimi Xatirə Babayeva, musiqi müəllimi Ədibə Kəngərliyə, təlim-tərbiyə işləri üzrə direktor müavini Xatirə Əhmədovaya təşəkkür etdi. Sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Mürsəl Qasımov bu tarixi günün böyük əhəmiyyətini qeyd edərək tədbir iştirakçıları və təşkilatçılarının işini yüksək qiymətləndirdi.