Özünüidarəetmə

13 may 2022-ci il tarixdə məktəb üçün maraqlı bir gün oldu. Məktəbdə maraqlı bir layihə həyata keçirildi. Məktəbin idarəedilməsi şagirdlərə tapşırıldı. Bu layihədə VIII, IX , X və XI sinif şagirdləri iştirak etdilər.
Siniflərdə də fənləri müəllimlər tərəfindən seçilmiş şagirdlər yeni üsullarla tədris etdilər. Sonra layihənin müzakirəsi keçirildi. Şagirdlər layihənin həyata keçirilməsində təşəbbüskar məktəbin direktoru F.İ.Həmidovaya öz təşəkkürlərini bildirdilər.