Model dərs

STEAM dərsləri XXI əsrin bacarıqlarını özündə birləşdirən bir innovativ təhsil yanaşmasıdır və son illər dünyanın inkişaf etmiş ölkələrinin təhsilində ən önəmli yeri tutur. Milli təhsilimizdə STEAM dərslərinə maraq, onun təhsil ocaqlarımızda tətbiqi ilə bağlı görülən işlər layihənin bizlər üçün də böyük maraq kəsb etdiyini göstərir.

Məktəbdə riyaziyyat, fizika və informatika müəllimləri Bağırova Afaq, Bağırova Mehriban və Bəyova Günəşin  iştirakı ilə inteqrativ dərs keçirildi. Dərsdə riyaziyyat və fizikaya aid tapşırıqlar müəllimlər tərəfindən şagirdlərə izah olundu riyazi və fiziki informasiya  modelləri quruldu. Sonra şagirdlər həmin tapşırıqları kompüterdə Python proqramlaşdırma dilində kodlaşdırıb həll etdilər. Dərsin məqsədi üç fənn arasında  inteqrasiyanı göstərmək və tətbiq etmək idi. Şagirdlər bu dərsdə əyani şəkildə öyrəndikləri riyazi və fiziki bilikləri kompüter dilinə çevirərək tətbiq etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi