Aylıq divar qazetləri

Məktəbin 5b sinif şagirdləri hər ay sinif rəhbərləri Bağırova Sevil müəllimənin nəzarəti, diqqəti və qayğısı ilə səylə çalışaraq divar qazetləri hazırlayır. Hər bir divar qazeti mövzusu və görünüşü ilə fərqlənir. Şagirdlər mövzulara uyğun olaraq axtarıb, tapdırdıqları məlumatları və olnara uyğun şəkilləri qazetə yerləşdirir və nümayiş etdirirlər. Bu maraqlı iş ətrafında çalışarkən birlikdə işləmək, araşdırmaq və tətbiq etmək bacarıqlarına yiyələnirlər. Şagirdlərimizə maraqlı və faydalı işlərində həmişə uğurlar arzulayırıq.