Məktəbin uğurlu idmançıları

Məktəbin şagirdləri Mövsümzadə Fateh və Məmmədzadə Leyla respublikada keçirilən idman yarışlarında iştirak edərək uğurlar qazanmışdılar. Mövsümzadə Fateh aprel şəhidlərinin əziz xatirəsinə həsr olunmuş azyaşlılar arasında Sərbəst Güləş üzrə “Zenit” BTİCİB – nin açıq birinciliyində ikinci yer tutduğuna görə diplomla təltif olunmuşdur. 5b sinif şagirdi Məmmədzadə Leyla Qadın İdman Gimnastikası üzrə 6-cı Azərbaycan birinciliyi və Bakı çempionatı yarışında birinci yerə çıxmış diplom və medalla təltif olunmuşdur.