Valideyn iclası keçirildi

28.10.2016-cı il tarixdə məktəbdə 9-cu siniflərdə buraxılış imtahanları ilə bağlı valideyn iclası keçirildi. İclasa məktəbin direktoru F.İ.Həmidova sədrlik etdi. İclasda 9a, 9c və 9ç sinfində oxuyan şagirdlərin valideynləri,sinif rəhbərləri, 9-cu sinifdə dərs deyən Azərbaycan dili və riyaziyyat müəllimləri və direktor müavinləri iştirak etdilər. Məktəbin direktoru F.İ.Həmidova iclasda iştirak edən valideynləri 2017-ci ildə ümumi təhsil səviyyəsi (9 illik) üzrə buraxılış imtahanında tətbiq ediləcək yeni qaydalarla tanış etdi. Məktəbin direktoru bildirdi ki, imtanlara hazırlıq məqsədilə 9-cu sinif şagirdləri ilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə fənn müəllimləri tərəfindən məşğələlər təşkil olunacaq. Hər ay şagirdlərin biliyini yoxlamaq və imtahana hazırlıq səviyyəsinin öyrənmək məqsədilə sınaq imtahanları keçiriləcək. Şagirdlər ciddi hazırlaşmalı, valideynlər də bu prosesdə şagirdlərə ciddi nəzarət etməlidirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi