Anamın sözləri

 

            Məktəbimizdə açıq dərslərin keçirilməsi  davam edir. Martın doqquzu 2-22- ci il tarixində  müəllim Şahbazova Gülərin ədəbiyyat fənnindən “Tətbiq və ümumiləşdirmə dərsi” aid olan Fikrət Qocanın “Anamın sözləri” mövzusunda açıq dərsi keçirilmişdir. Dərs yeni tədris metodlarına uyğun qurulmuşdur. Şagirdlər  dərsin ilk on dəqiqəsində ana haqqında yazılmış əsərlər haqqında məlumat verdilər, mövzuya həsr olunmuş “Ana = Dünya” adlı divar qəzeti və şəkillər nümayiş olundu. Şair Fikrət Qocanın "Anamın sözləri" şeiri sinfin şagirdi Əzizov Ruslan tərəfindən ifadəli şəkildə əzbərdən deyildi. Əzizov Ruslanın şeiri açıq dərsdə iştirak edən anasının qarşısında söyləməsi dərsdə iştirak edən qonaqlar və eləcə də, şagirdlər tərəfindən maraqla qarşılandı.  Sonra şagirdlər qruplara bölünmüş və onlara ş vərəqləri paylanmışdır.   İş vərəqlərində bədii və ifadə vasitələrinin müəyyənləşdirilməsi,, şairin münasibətinə əsaslanmaqla  əsas obrazın səciyyələndirilməsi və  əsərin əsas ideyasına münasibət bildirilməsinə aid tapşırıqlar verilmişdir. Şagirdlər 5 qruöa bölünmüşdür. Qruplar belə adlandırılmışdır: “Ana vətən”, “Ana Yurd”, “Ana torpa”, “Ana dili”,Ana məktəb”. Qrupların təqdimatından və nəticə və ümumiləşdirmədən sonra qrup liderləri tərəfindən qrup üzvləri qiymətləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi