Bahar çələngi

On səkkiz mart tarixində məktəbdə “Bahar çələngi” adlı tədbir keçirildi. Bu günlərdə ölkəmizin hər yerində olduğu kimi paytaxt məktəblərində də Novruz şənlikləri keçirilir. Baharın gəlişini şənliklə qarşılayan şagirdlərin iştirakı ilə keçirilən bu tədbirlər milli adət-ənənələrimizin yaşadılması, gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Novruz Bayramı ilə bağlı tədbirdə məktəbin rəhbərliyi, müəllimləri iştirak etdilər. Daha sonra məktəbin şagirdləri bir-birindən maraqlı repertuarla məclisi şənləndirdilər. Uşaqların Kosa və Keçəl ilə birlikdə göstərdiyi səhnələr izləyənlərin böyük marağına səbəb olub.