“Müstəqil dövlət və ordumuz” adlı tədbir keçirildi

18 oktyabr 2016-cı il tarixdə məktəbimizdə Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə tədbir keçirildi. Məktəbin pedaqoji kollektivi və şagirdlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə məktəbin direktoru F. İ. Həmidova açdı və hamını bu mühüm, əlamətdar tarixi gün münasibəti ilə təbrik etdi. Məktəbin tarix müəllimlərindən G. Hüseynova və Z. İslamova dövlət müstəqilliyimizin bərpasının tarixi yolları haqqında məlumat verərək bu yolda ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışdılar. Şagirdlərdən İmran Qasımov, Rauf Əliyev və başqaları çıxış etdilər.Tədbirin sonunda məktəbin VIII sinif şagirdləri tərəfindən “Müstəqil dövlətimiz və ordumuz” adlı ədəbi-bədii kompozisiyanı təqdim edildi. Sonra “Şagirdlərimizin əl işləri” adlı sərgiyə baxış keçirildi.