Ümumdünya Mülki Müdafiə Günü

Bir mart tarixində məktəbdə Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş tədbir keçirildi. Hərbi rəhbər İsmiyev Novruz müəllimin rəhbərliyi altında şagirdlər maraqlı tədbir həyata keçdi. O, mülki müdafiənin əhəmiyyəti, vəzifələri, əhalinin fövqəladə hallara qarşı necə hazır olmasının yolları haqqında ümumi məlumat verdi. Şagirdlər mülki müdafiəyə aid öz bacarıqlarını nümayiş etdirdilər. Müharibə və hərbi şəraitdə ilkin tibbi yardım həyata keçirilməsi haqqında bacarıqlarını əyani şəkildə təqdim etdilər. Şagirdlərin əl işlərindən ibarət kiçik sərgi təşkil edildi.