Azadlığa gedən yolun zirvəsi

Yanvarın ayının on səkkizi məktəbdə Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə  qəhrəmanlıq səhifəsi kimi yazılmış Yanvar faciəsinin 32-ci  ildönümünə həsr olunmuş anım günü tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi, iştirak etdilər. Sonra şagirdlərin ifasında faciəni əks etdirən şeirlər səsləndirldi, mahnılar söyləndi, səhnəciklər nümayiş etdirildi. Onlar çıxışlarında  qeyd etdirlər ki, 20 yanvar hadisəsi xalqımızın tarixinə  həkk olunmuş ən  qanlı faciələrdəndir. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 yanvar şəhidləri hər zaman xalqımızın xatirəsində qəhrəman kimi qalacaqdır.

Belə tədbirlər şagirdlərdə milli qurur hissinin formalaşmasında  müstəsna rol oynayır. Bu cür tədbirlərin davamlı olaraq keçirilməsi şagirdləri vətənpərvərliyə səsləyir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi